Qayınana qızından boşanan kürəkəninin cinsiyyət orqanını kəsdi

16-08-2019, 00:00 310 dəfə baxılıb

Qayınana qızından boşanan kürəkəninin cinsiyyət orqanını kəsdi


Rusiyada 49 yaşlı qayınana bir müddət əvvəl qızından boşanan və nəvəsinin alimentini ödəməyən kürəkəninə dəhşət yaşadıb.

Qayınana, sevgilisi və keçmiş 32 yaşlı kürəkəni Dmitri Boqdanovla evdə axşam spirtli içki qəbul ediblər. Bu zaman kürəkənlə nəvələrinin alimentini ödəməməsi mövzusu müzakirə olunub. Daha sonra onlar arasında mübahisə yaranıb.

Qadın bıçaqla Dimitrinin üzərinə hücum edib. 32 yaşlı kişi qanlar içərisində yerə yıxılıb. Bu zaman qadının sevgilisi ondan bıçağı alıb və kürəkənə zərbələr vurmağa davam edib.

Qadın Dmitrinin cinsiyyət orqanını kəsib və pəncərədən atıb. Əsəbi soyumayan qadın onu 27 bıçaq zərbəsiylə öldürüb. Hadisədən sonra o qızına zəng edib və ərini öldürdüyünü deyib. Bu zaman qadının qızı polisə məlumat verib.

Rusiyanın şimalında yerləşən Novqorod şəhərində baş verən hadisədən sonra qayınana və sevgilisi həbs olunub. Tutulan qadın və sevgilisi ilk öncə ittihamı rədd edib. Sonradan cinayəti törətdiklərini etiraf edib. unikal.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR