Qısqanc ər arvadını qayınatasının evində bıçaqladı - TƏFƏRRÜAT

31-08-2019, 17:13 293 dəfə baxılıb

Qısqanc ər arvadını qayınatasının evində bıçaqladı - TƏFƏRRÜAT


Xəbər verdiyimiz kimi Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Unikal.org hadisənin təfərrüatlarını öyrənib. Məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Təvəkkül oğlu 29.08.2019-cu il tarixində gecə saat 03:00 radələrində qaynatısının Şənlik kəndindəki evinə gəlib. Arvadı ilə aralarında qısqanclıq zəmnində yaranan mübahisə zamanı o, yataq otağında üzərindəki bıçaqla həyat yoldaşının sol döş nahiyəsinə və buduna zərbə vurub. Sonra Rüfət Quliyev hadisə yerini tərk edib. Vüsalə Quliyevanı valideynləri Ağcabədi rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Quliyev Rüfət Təvəkkül oğlu Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə tutulub. Hazırda cinayət işi başlanılıb, istintaq aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR