Lotu Quli Qətərə köçdü - SƏBƏB
Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov Türkiyədən Qətərə köçüb.
Bu barədə Rusiyanın ura.ru saytı yazıb. Məlumata görə, Lotu Quli Qətərdə yaşamaq icazəsi alıb və mühafizəylə təmin edilib.
Kriminal dairələrdə Qulinin Qətərə üz tutmasının onun “qanuni oğru”ların “sxodka”sından qaçmasıyla əlaqələndirirlər. Deyilənə görə, o, tez-tez telefon nömrələrini də dəyişdirərək “sxodka”ya getməkdən yayınır. Məlumata görə, elə bu təzyiqlərə görə, Quli Qətərə üz tutub.