YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu narkotiklə həbs edildi

19-12-2019, 20:01 606 dəfə baxılıb

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu narkotiklə həbs edildi

Xəbər verdiyimiz kimi, Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

Belə ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb və onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Bununla bağlı BakuPost.az-a açıqlama verən Sabirabad rayonun Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova bildirib ki, Fariz Ağayev dünən axşam tutulub:

“Onun üzərində 150 qram marixuana aşkarlanıb və həbs edilib”.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

Xatırladaq ki, bu barədə məlumatı ilk “Report” yayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR