“Xalq qəzeti“nin redaktorunun əl çantası “Bravo“da oğurlanıb: “İçində 3 telefon, bank kartları...“

29-01-2020, 18:37 255 dəfə baxılıb

“Xalq qəzeti“nin redaktorunun əl çantası “Bravo“da oğurlanıb: “İçində 3 telefon, bank kartları...“

Bakıda marketdə "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm. Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub: “Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır. Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR