“Xaricə qaça bilməyən “vor-zakon”lar Qarabağa toplanır...”

29-01-2020, 22:46 952 dəfə baxılıb

“Xaricə qaça bilməyən “vor-zakon”lar Qarabağa toplanır...”


“Qanuni oğru”lar əleyhinə qəbul olunmuş “Cinayət sub-mədəniyyətinə qarşı mübarizə haqqında” qanun işğalçı ölkədə kriminal aləmi bərk təşvişə salıb.
“Hraparak” qəzetinin yazdığına görə, “oğru”ların zərərsizləşdirilməsi ilə məşğul olan Ermənistan Milli Təhlükəsizlik Xidməti iki siyahı tərtib edib. Siyahılardan birində 12 “vor-zakon” var: Zap, Samvelik, Gevorik Osakansky, Alo, Jiro və başqaları. Bununla belə, bu siyahıda “qanuni oğru” olmayan, lakin kriminal avtoritet kimi tanınan bir neçə ad da yer alıb. Kriminal avtoritetlərin daxil olduğu digər bir siyahı isə daha böyük və rəngarəngdir. Burada Ermənistanın “avtoritet”ləri ierarxiyaya görə sıralanıb...

Erməni qəzeti onu da vurğulayır ki, hədəfə alınmış “vor”ların bəziləri artıq Ermənistandan qaçıb, xaricə gedə bilməyənlər isə Qarabağa köçürlər.

“Oğrular”dan yalnız biri - Zap Leninakansky kimi tanınan Andranik Sogoyan ölkədə qalmaq və “oturmaq” qərarına gəlib”- Ermənistan nəşri yazır.
moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR