Toya gələn qonaqlara sataşıb, əmisini güllələyib – Ağstafada

1-03-2020, 22:50 283 dəfə baxılıb

Toya gələn qonaqlara sataşıb, əmisini güllələyib – Ağstafada


Ağstafa rayonunda iki nəfəri güllələmkdə təqsirləndirilən 1989-cu il təvəllüdlü Sərxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il oktyabr ayında Ağstafa rayonu Köçəsgər kəndində baş verən cinayət şəxsi münasibətlər zəminində törədilib.

Kənd ərazisində toy mərasimində iştirak edən Sərxan Məmmədov Bakıdan gələn qonaqlara sataşıb.

Bu zaman əmisi Qabil Məmmədov ona iradını bildirib.

Sərxan Məmmədov əmisinə bıçaqla hədə-qorxu da gəlib.

Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib.

Bir gün sonra isə Qabil Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən Sərxan Məmmədov "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub.

Daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan Yusif Əlləcov da xəsarət alıb.

İstintaq orqanı tərəfindən Sərxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Daha sonra ifadə verən Sərxan Məmmədov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu deyib.

Növbəti proses martın 16-na təyin edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR