Öz ortağının arvadını, anasını, iki uşağını bıçaqla doğradı

2-04-2020, 17:54 481 dəfə baxılıb

Öz ortağının arvadını, anasını, iki uşağını bıçaqla doğradı

Narkotik heç bir insanın həyatına xoşbəxtlik gətirməyib. Nə ondan istifadə edənə, nə də onu satana.
Ola bilər ilk vaxtlar qazancı çox olsun. Ancaq narkotikdən qazanılan pul sonucda o insanın faciəsinə səbəb olur.
Sabahnews.az xəbər verir ki, Rusiyada, Yakutiyada baş verən dəhşətli cinayət buna sübutdur.
Andrey Balaşuenkov ailəsinə bağlı gənc bir adam idi. Narkotik satışına başlayanda da düşünürdü ki, nə qədər çox pulu olsa ailəsinə daha yaxşı baxacaq. Ancaq belə olmadı.
Onu həbs etdilər. Həbs müddətini azaltmaq üçün istintaq orqanları ilə razılığa gəldi. Azadliqda qalan 29 yaşlı cinayət ortağını ələ verdi.
Mixail Smirenskiy Andreyin xəyanətini bağışlamaq fikrində deyildi. Polislər onu qandallamağa gələnədək macal tapıb intiqam almalı idi.
Həmin gün çoxlu spirtli içki içdi. Ayıq başla belə dəhşətli cinayət törətmək olmazdı.
Andreyin Yakutsk şəhəri, 1-ci Baza küçəsində olan evinə gəldi.
Balaşuenkovun 31 yaşlı xanımını, 66 yaşlı anasını və azyaşlı iki oğlunu bıçaqla qətlə yetirdi.
Az sonra sərxoş Smirenskiy evində həbs edildi.
Yaqin ki, ona ömürlük həbs veriləcək. Andreyin cəzası az olsa da həbsxanadan çıxanda heç bir doğması qarşılamayacaq. Onlar həyatda artıq yoxdur.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR