Anasına sataşan kişinin ayaqlarını sındırıb qətlə yetirdi - TƏFƏRRÜAT

6-05-2020, 21:44 368 dəfə baxılıb

Anasına sataşan kişinin ayaqlarını sındırıb qətlə yetirdi - TƏFƏRRÜAT

Qətldə təqsirli bilinərək saxlanılan qadının ibtidai istintaq dövründə seçilmiş həbs müddəti uzadılıb.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və ağır cinayəti bilib gizlətmə maddələri ilə təqsirli bilinən Həbillayeva Nəzakət Sabir qızının məhkəmə prosesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə uzadılıb.

İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb. Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən Allahverdi İsmayılovun anasının qeydinə qalmağa çalışıb. Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib. Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb. Noyabrın 8-də, gecə Elçin Abbasov görüşə gəlib. İstintaqın gəldiyi qənaətə görə, qadının gözləri qarşısında Allahverdi İsmayılov və Ramin Şamilov Elçin Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

İstintaq araşdırması zamanı cinayət işində adı keçən və Elçin Abbasovun münasibət saxlamaq istədiyi qadının Nəzakət Həbullayev olduğu məlum olub. İstintaq belə nəticəyə gəlib ki, Nəzakət Həbullayeva da həmin qətl hadisəsində iştirak edib. Bu səbəbdən istintaq onu qətldə iştirakçılıqda ittiham edib. İstintaq orqanı tərəfindən Nəzakət Həbullayevanın barəsində Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ittiham elan edilib.

Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR