Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb

22-05-2020, 11:06 214 dəfə baxılıb

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə əlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR