Arvadını güddü, harda işlədiyini görüb... — Bakıdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI

18-06-2020, 15:21 190 dəfə baxılıb

Bakıda arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Bəxtiyar Məmmədovun cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Məmmədov kirayə yaşadığı evdə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Mərifovanı boğaraq öldürüb. Daha sonra isə o könüllü polisə gərlərək təslim olub.

Bəxtiyar Məmmədov polisə ifadəsində bildirib ki, o arvadının mobil telefonunda masaj salonunda çəkilmiş fotoları görüb, bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə B.Məmmədov həyat yoldaşını boğaraq öldürüb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.

B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.

Bəxtiyar Məmmədov bildirib ki, 2009-cu ildən dini qaydada kəbin kəsdirərək Zülfiyyə Mərifovayla Lənkəran şəhərində ər-arvad kimi yaşayıb. Özü tez-tez Bakıya gələrək bazarda alver edib. Bir ildən sonra övladları dünyaya gəlib və 2013-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Bakıda yaşadıqları müddətdə arvadı ona əvvəlcə gözəllik salonunda sonra isə şirniyyat sexində işlədiyini deyib.

Bəxtiyar Məmmədov yoldaşının gecə növbəsində işləməsini bildikdən sonra ondan işlədiyi mağazanın yerini soruşub.

Arvadının bəhanələr gətirərək ünvanı söyləməməsi onda şübhələr yaradıb. Buna görə qadını izləməyi qərarlaşdırıb.

Səhər saatlarında arvadını izləyərək onun masaj salonuna getdiyini görüb.

Hadisədən iki gün əvvəl qayınanasına Firuzənin yüngül həyat tərzi keçirdiyini söyləyib.

Avqustun 29-da yoldaşı səhər saatlarında evə qayıdıb. Bəxtiyar onun telefonunun bağlı vəziyyətdə olmamasından istifadə edib, şəkillər bölməsinə daxil olub. Ora baxdıqda arvadının tanımadığı oğlanla şəklini görüb.

Hadisə barədə daha ətraflı videonun 15:47-ci dəqiqəsindən baxa bilərsiz.


0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR