Ukraynada azərbaycanlılardan ibarət dəstə tutuldu

29-06-2020, 20:33 260 dəfə baxılıb

Ukraynada azərbaycanlılardan ibarət dəstə tutuldu


Ukraynanın Dnepr əyalətində üç azərbaycanlı tutulub.

Onlar əyalətin Kriniçanskiy rayonunda yerləşən qocalar evinə basqında ittiham edilirlər.

Məlumatlara görə, dəstə üzvləri qocalar evinə pəncərədən daxil olublar. Onlar 78 yaşlı kişi və 81 yaşlı qadına bıçaqla hücum edərək, əllərini bağlayıb və pullarını, zinət əşyalarını ələ keçiriblər. Hadisədən sonra dəstə üzvləri naməlum istiqamətdə qaçıblar.

Saxlanılan zaman onların Ukraynada yaşamaq icazəsinin olduğu müəyyənləşib. Axtarışlar nəticəsində oğurlanan mallar onların qaldığı evdən aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR