Etibar Babayevin ailəsi onun koronavirusdan öldüyünə İNANMIR

4-07-2020, 13:31 408 dəfə baxılıb

Etibar Babayevin ailəsi onun koronavirusdan öldüyünə İNANMIR



“Əziz qardaşım, dostlarını, ailəni hətta neçə gündür yolunu gözləyən ananı da gətirdim son görüşünə”.

News24.az verir ki, bu sözləri ötən gün koronavirusdan vəfat edən "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevin bacısı Arzu Babayeva sosial şəbəkə hesabında yazıb.

E.Babayevin xəstəxanadan olan görüntüsünü paylaşan A.Babayeva qardaşının koronavirusdan öldüyünə inanmadığını bildirib: ”Diliyanmış peşəkarların dedi heç nəyin yoxdur. Soyuqdəymə ilə getdin. Nə iynə vurdularsa, ayılmadın. İndi də adını virus qoyublar. Yalandır. Düz olsaydı, bu qədər adamın icazəsi olmazdı dəfnə gəlməyə. Virusdan öləni vermirlər. Hamımız orada idik. Ancaq yaxşı pul istəsinlər adamdan. Bu da tərifli “EGE” klinikası. Ayağınla getdin, mafayla gəldin. Bu müsibətə dözmək lazımdır”.

Etibar Babayevin ailəsi onun koronavirusdan öldüyünə İNANMIR


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR