Kriminal avtoritet Rizvan Hüseynov özünü yeddinci mərtəbədən atdı - ŞOK TƏFƏRRÜAT

26-12-2020, 00:23 182 dəfə baxılıb

Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb.

Bu barədə REN TV xəbər yayıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

“Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb.

Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə ediblər: “Hiyləgər, bacarıqlı, eyni zamanda tez əsəbiləşən, asanlıqla aqressivləşən biridir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”.panoram.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR