Azərbaycanda ölən bələdiyyə sədrindən narkotik tapılıb, qız axtarılır - TƏFƏRRÜAT

7-01-2021, 10:25 292 dəfə baxılıb

İsmayıllı rayonun ərazisində ölü tapılınan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.

"MediaPost"un əldə etdiyi məlumata görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük ev tutaraq qız tanışı ilə orada gecələyib.

Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.

Hazırda R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. İstintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR