İntiharın arxasındakı ACI DRAM: Arvadı öldü, oğlu... - TƏFƏRRÜAT

10-02-2021, 17:22 143 dəfə baxılıb

Qazaxda 69 yaşlı kişinin intihar etməsi ilə bağlı yayılan hadisənin bir sıra təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini Tofiq Xəlilov 2 il əvvəl şəkər xəstəliyindən əziyyət çəkən həyat yoldaşını itirib. Sonra keçmiş polis serjantı olan oğlu avtomobil qəzasında həlak olub. Deyilənə görə, əvvəllər mühəndis işləyən Tofiq kişi bir an belə ailəsində baş verən faciənin təsirindən ayılmayıb. Kənd sakinlərinin dediyinə görə, o, söhbət edərkən belə xüsusən, oğlunu yadına salıb yarım saatdan bir ağlayırmış. Məhz bunları unuda bilməyən yaşlı kənd sakini dünən günortadan sonra evinin eyvanındakı armaturdan özünü asıb. Hadisə baş verərkən evdə yalnız bir azyaşlı nəvəsi olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR