Behrudinin 17 yaşlı qardaşı oğlunun intiharı barədə ŞOK FAKTLAR - SƏSLİ MESAJ YOLLADI və...

27-04-2021, 10:43 172 dəfə baxılıb

Ötən gecə Bakı şəhərində tanınmış şair və iş adamı Rüstəm Behrudinin qardaşının 17 yaşlı oğlu İsa Alməmmədlinin intihar etməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dəhşətli hadisə Bəhrudi ailəsinə məxsus olan və Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsi 54 ünvanındakı çoxmərtəbəli binada baş verib.

"Hədəf” liseyinin 11-ci sinif şagirdi olan İsa vatsap sosial şəbəkəsində doğmalarına səsli mesaj göndərib. O, daha sonra C.Xəndan küçəsindəki binanın 15-ci mərtəbəsində ailəsinə məxsus olan və yaşayış olmayan mənzilin eyvanından özünü yerə atıb. İsa Alməmmədli aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qeyd edək ki, İ. Alməmmədov "Behrud İnşaat" şirkərinin rəhbəri İlham Alməmmədovun oğludur. O, təhsil aldığı məktəbin nümunəvi və ən savadlı şagirdlərindən olub. 2019-cu ildə "Hədəf” liseyinin "lideyin bilgəsi” seçilən İsa təhsil müəssisəsinin direktoru vəzifəsini 1 günlük simvolik olaraq icra edib.

İntihar faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

xxx

8:48

Ötən gün Bakıda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İsa Alməmmədov Azərbaycanın tanınmış şairi, məşhur "Salam, dar ağacı” şeirinin və eyni adlı kitabın müəllifi Rüstəm Behrudinin qardaşı oğludur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR