Taksidə kisə ilə narkotik daşıyırdı... - FOTO

17-06-2021, 21:13 112 dəfə baxılıb

Taksidə kisə ilə narkotik daşıyırdı... - FOTOZaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayon ərazisində hərəkət edən "VAZ-2115” markalı avtomobildə sərnişin qismində əyləşən, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Arif Muhumayevin satış məqsədilə üzərində külli miqdarda narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Avtomobil saxlanılıb və şəxsi axtarış zamanı A.Muhumayevin üzərində daşıdığı sintetik kisədən 6 kiloqram narkotik vasitə -qurudulmamış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR