"Abu Arena"nın yanındakı yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərlənib — VİDEO / YENİLƏNİB

2-02-2018, 12:57 465 dəfə baxılıb

"Abu Arena"nın yanındakı yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərlənib — VİDEO / YENİLƏNİB













Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
"Ölkə.Az" nazirliyin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 26 ünvanında yerləşən hündürmərtəbəli binanın yuxarı mərtəbəsində yanğın çıxıb.
“Ölkə.Az”-ın hadisə yerindən verdiyi məlumata görə, yanğın çıxan binanın yaxınlığında "Abu Arena" şadlıq evi yerləşir.

Hələlik yanğınsöndürmə briqadası hadisə yerində yoxdur. Yanğın çıxan binaya yaxın ərazidə hündürtmərtəbəli yaşayış binaları da yerləşir.



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR