Sumqayıtda may ayında intihar etmiş abituriyentin anası da intihar etdi

21-07-2018, 23:42 402 dəfə baxılıb

Sumqayıtda may ayında intihar etmiş abituriyentin anası da intihar etdi


Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib. Hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.

1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

“Report” məlumat verir ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır.

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR