Vaqif Bakinski ermənidən oğru adını aldı: “Otur aşağı, yoxsa butulka dəyəcək başına.."

2-08-2018, 14:16 1844 dəfə baxılıb

Vaqif Bakinski ermənidən oğru adını aldı: “Otur aşağı, yoxsa butulka dəyəcək başına.."



Bugünlərdə Moskvada erməni oğrulardan birinin adı əlindən alınıb.

Peyktv.az Rusiya mətbuatına istnadən xəbər verir ki, söhbət vaxtilə kriminal aləmin “xaç ata”sı sayılan Aslan Usoyanın (Ded Xasan) sevimlisi Suren Tavadovdan gedir.

42 yaşlı Suren Tavadov oğru dünyasında Surik Andijanski kimi tanınır. Atası hələ sovet vaxtı Özbəkistanın Əndican şəhərində gizli milyonçulardan olub.

2000-ci illərin əvvəllərində Surik Ded Xasanla tanış olub. Onunla isti münasibətlər yaradıb.

2004-cü ildə bir neçə avtoritetə qanuni oğru adı veriləndə Sureni də taclandırıblar. Hamı bilirdi ki, Surik “barıqa”dır, yəni alverçi, biznesmen. Ancaq Usoyanın yanında idi deyə, kimsə əleyhinə söz deməyib.

Oğru adı alandan sonra Suren heç nə ilə yadda qalmasa da, kommersiya sahəsində uğurları artıb.

Aslan Usoyanın öldürülməsindən sonra Surikin qara günləri başlayıb.

Əvvəlcə güc strukturları onu izləməyə başlayıb. İki dəfə həbs olunsa da, bir neçə saat ərzində pul verib canını qurtara bilib.

2015-ci ilə 7 qram heroinlə ələ keçib. Hər nə olur-olsun, Tavadov kameraya girmək istəmədiyindən, yenə də pul verib və ev “dustaqlığı”na çıxıb.

Hələ qanuni oğrularda heç kim indiyədək belə “cəza” almamışdı. Ancaq həmin ilin oktyabrında Surik nəhayət kamera üzü gördü və bərk qorxduğu vəziyyətlə üzləşdi.

Müvəqqəti saxlanma yerində olan oğrular Timur Saratovski və Şamil Smolyan Suren Tavadun oğru olmadığını bəyan etdilər. Surik 10 milyon pul xərcləyib az müddətdə həbsxanadan çıxdı.

Məsələ ondadır ki, Usoyanın xələfi, oğru dünyasının yeni “xaç ata”sı Şakronun da Surikdən zəhləsi gedirdi. Deyilənə görə, Suren yəhudi biznesmenlərdən hansısa məsələyə görə bir neçə milyon dollar alıb Şakroya deməmişdi. Biləndə isə Surikin taleyi həll olundu.

Bir neçə gün əvvəl Suren Tavadov Moskva restoranlarının birinə çağırılıb və qanuni oğrular Vaqif Süleymanov (Vaqif Bakinski), Elquca Turkadze (Qudca Kutaiski) və Parpaliya ilə bir süfrədə oturub.

Qısa söhbətdən sonra Vaqif Surikə deyib ki, daha oğru deyilsən. Suren hiddətlənib, ayağa durub etiraz etmək istəyəndə Qudca əlinə butulka alıb və Suriki hədələyib ki, yerinə oturmasa, içki şüşəsi başında partlayacaq. Surik sakitləşib. Ona anladıblar ki, qərarı Şakro verib. Etirazı ancaq ona bildirə bilər.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR