Dəhşətli qətl: sevgilisini öldürdü, şaqqaladı, ət maşınından keçirdi - FOTO

7-08-2018, 13:28 818 dəfə baxılıb

Dəhşətli qətl: sevgilisini öldürdü, şaqqaladı, ət maşınından keçirdi - FOTO



Rusiyanın Perm vilayətindəki Qubaxa qəsəbəsinin sakini, 27 yaşlı Tatyana Melexinanın dəhşətli qətli araşdırılır. Qanlı cinayətdə şübhəli qismində onun məşuqu, 36 yaşlı Dmitri Zelenski saxlanılıb.

Tatyana Melexina iki həftə əvvəl itkin düşmüşdü. O, sevgilisi Zelenski ilə birlikdə Qubaxanı tərk edib Perm şəhərinə köçməyə hazırlaşırdı.

Lakin Tatyana Permə çatmayıb.

İyulun 22-də qızına zəng vuran atası Tatyana ilə danışa bilməyib. Onun zənginə Dmitri Zelenski cavab verib və deyib: "Tatyananı Permin Motovilixinskaya rayonunda maşından düşürdüm. Onun harada olduğunu bilmirəm".

İtkin düşmüş qızın axtarışları ilə polislər və volontyorlar məşğul olublar. Onlar Zelenskinin maşınının hərəkət etdiyi istiqamətdə olan bütün müşahidə kameralarının çəkdikləri videoları araşdırıblar.

Məlum olub ki, D.Zelenski Perm şəhərinə tək çatıb.

O, saxlanılanda isə polisdə hər şeyi etiraf edib.

D.Zelenskinin dediyinə görə, sevgilisini bıçaqlayıb öldürəndən sonra şaqqalayıb, axırda da ət parçalarını ət maşınında çəkib. Həmin parçaların bir qismini çaya atıb, bir qismini isə unitaza axıdıb.

Tatyananın atasının dediyinə görə, D.Zelenski qızını çox qısqanırdı.

D.Zelenski evlidir, bir qızı var. O, arvadı ilə boşanmasa da, ayrı yaşayır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR