Bakıda müəlliməni “rüsvayçı materiallar”la şantaj etdilər - Təfərrüat

5-12-2018, 16:35 437 dəfə baxılıb

Bakıda müəlliməni “rüsvayçı materiallar”la şantaj etdilər - Təfərrüat


Hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Yaqub Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.

İttihama görə, bu ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib.

Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR