3 azyaşlı övladını zorlayan “ata”nın cinayət işi - Təfərrüat

4-12-2018, 12:23 351 dəfə baxılıb

3 azyaşlı övladını zorlayan “ata”nın cinayət işi - Təfərrüat


Ali Məhkəmədə azyaşlı övladlarına qarşı seksual xarakterli hərəkətlər edən Şəki şəhər sakini Səlimov Nurəli Əli oğlunun məhkəmə prosesi keçiriləcək.

AzNews.az-ın məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesi dekabr ayının 4-nə təyin olunub.

Belə ki, Səlimov Nurəli Əli oğlu Cinayət Məcəlləsinin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hokmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkum 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də Şəki Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.

İttiham aktına görə, Səlimov Nurəli Əli oğlu CM-in 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qeyri rəsmi yaşadığı yaşadığı Batayeva Liliya Nikolayevnanın 7 yaşlı qızı Batayeva Nadejda Valeriyevna, ögey qızı 2007-ci ildə anadan olmuş Mehdiyeva Səbinə Elnur qızı və ogey oğlu Mehdiyev Yusif Elnur oğluna qarşı seksual hərəkətlər edib.

Belə ki, 1973-cü il təvəllüdlü Nurəli Səlimov 2006-cı ildən 2012-ci ilədək olan müddət ərzində Oğuz rayonu Baş Daşağıl kəndi ərazisində yerləşən fermadakı evlərində və Şəki şəhərində kirayə yaşadıqları evdə Nadejda Batayevanın köməksiz vəziyyətindən istifadə etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra isə 2014-cü il tarixdən etibarən 2016-cı ilin may ayına kimi olan müddət ərzində Şəki şəhərinin «Dağdibi» adlanan ərazisində yerləşən kirayə yaşadıqları evində və Şəki rayonu Öryət kəndində yerləşən evində 7 yaşlı Mehdiyeva Səbinə Elnur qızına və onun qardaşı Yusif Mehdiyevə eyni hərəkətləri edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR