Dayısı azyaşlı qızı niyə zorladı? - Dəhşətli səbəb

8-12-2018, 22:46 479 dəfə baxılıb

Dayısı azyaşlı qızı niyə zorladı? - Dəhşətli səbəb

Cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilən Babayev Ruslan Rafael oğlunun müdafiəçisi 1-ci instansiya məhkəməsinn hökmündən apellyasiya şikayəti verib.

R.Babayevin məhkəmə prosesi dekabr ayının 11-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək.

Belə ki, bu ilin yanvar ayında azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs Binəqədi rayonunda həbs edilib. Bakı şəhər sakini, azyaşlı Leyla Feyruz qız Səlimova (ad, soyad şərtidir) qarşı qohumu, 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə bu il yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb:

"İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Babayev hadisəni qisas məqsədi ilə törədib. Belə ki, qohumlar arasında münasibətlər soyuyub və düşmənçilik səviyyəsinə çatıb. Bu düşmənçiliyin qurbanı isə azyaşlı Leyla olub. Öz dayısı tərəfindən zorlanan Leylanın valideyinləri hadisədən xəbər tutan kimi polisə şikayət ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR