İtkin düşən Quba sakini tapıldı

25-12-2018, 14:50 463 dəfə baxılıb

İtkin düşən Quba sakini tapıldı

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb. Rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs dekabrın 22-də Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.


Nizam Həmidov
polis leytenantı


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR