Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər həbs edildi, qadın özünü öldürdü

22-02-2019, 22:38 341 dəfə baxılıb

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ər həbs edildi, qadın özünü öldürdü


Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Yuxarı Nüvədi kənd sakini, 1968-ci il təvəllüdlü Heyran Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Bildirilir ki, H.Teymurovanın həyat yoldaşı bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Bundan sonra qadının səhhətində problemlər yaranıb, onda nevroloji xəstəlik yaranıb.

İntihar edən qadının 2 azyaşlı övladı qalıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR