Aquero İngiltərə çempionatı tarixində ən tez penta-triki rəsmiləşdirdi - VİDEO

4-10-2015, 12:58 825 dəfə baxılıb

Aquero İngiltərə çempionatı tarixində ən tez penta-triki rəsmiləşdirdi - VİDEO

















“Mançester Siti” “Nyukasl”ı darmadağın etdi

“Mançester Siti” İngiltərə Premyer Liqasının 8-ci turunda “Nyukasl Yunayted”i darmadağın edib.

Mançesterdə keçirilən oyun meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə bitib.

Argentinalı hücumçu Serxio Aquero 25 dəqiqədən az bir müddətə penta-trik rəsmiləşdirib — 42, 49, 50, 60 və 62-ci dəqiqələrdə. “Şəhərlilər”in heyətində daha bir dəfə Kevin de Bruyne fərqlənib.

“Nyukasl”ın heyətində isə yeganə qolu Aleksandr Mitroviç vurub.

İngiltərə. Premyer Liqa. 8-ci tur

“Mançester Siti” (Mançester) — “Nyukasl Yunayted” (Nyukas-apon-Taym) — 6:1

Qollar: Mitroviç, 18 (0:1); Aquero 42 (1:1); Aquero, 49 (2:1); Aquero, 50 (3:1); De Bruyne, 53 (4:1); Aquero, 60 (5:1); Aquero, 62 (6:1).

Qeyd edək ki, Aquero İngiltərə çempionatında bir oyunda beş qol vuran beşinci futbolçu oldu. Bundan əvvəl, Endi Koul, Alan Şirer, Cermen Defo və Dimitar Berbatov eyni uğura imza ata bilmişdirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR