PSJ transfer bombasını partlatdı

30-04-2019, 09:44 391 dəfə baxılıb

PSJ transfer bombasını partlatdı


PSJ transfer çalışmalarına erkən başlayıb.

Artıq Paris klubunun yayda heyətinə qatacağı ilk futbolçu bəllidi. Belə ki, PSJ "Mançester Yunayted"in ulduzu Ander Herrera ilə anlaşıb.

29 yaşlı ispan futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə, PSJ onun üçün transfer haqqı ödəməyəcək. Herrera 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Herrera "Mançester Yunayted"ə 2014-cü ildə "Atletik"dən 36 milyon avroya transfer olunub. Cari mövsümdə 26 oyuna çıxan ispan yarımmüdafiəçi 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR