Lukaku mövsümü erkən başa vurub

3-05-2019, 12:02 299 dəfə baxılıb

İngiltərənin "Mançester Yunayted” futbol klubunun hücumçusu Romelu Lukaku mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

25 yaşlı seneqallı hücumçu İngiltərə çempionatının 36-cı turunda "Çelsi” klubu ilə (1:1) görüşdə dizindən aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.

Qeyd edək ki, Lukaku cari mövsümdə "Mançester Yunayted”in heyətində keçirdiyi 45 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.
Lukaku mövsümü erkən başa vurub


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR