“Barselona” 10 futbolçusunu satır

11-05-2019, 09:37 289 dəfə baxılıb

“Barselona” 10 futbolçusunu satır


Çempionalar Liqasında gözlənilmədən uğursuzluğa uğrayan "Barselona” böyük dəyişiklik astanasındadır. Klub 10 futbolçusunu satır.
"As” nəşri bu haqda yazıb. İspaniya qəzetinin iddiasına görə, heyətin az qala yarısın komandanı tərk edəcək. Əsas heyət oyunçularından Filip Koutinyo, Samuel Umtiti və İvan Rakitiç klubdan gedir. Rakitiçin gedəcəyi yer də müəyyən mənada məlumdur. Xorvat futboçu ilə "İnter” ciddi maraqlanır. İtaliya klubu onun üçün 60 milyon avro ödəməyə hazırdır.

Uyğun olaraq "Sassuolo” və "Vilyarreal”da icarə müqaviləsi ilə oynayan Kevin-Prins Boatenqlə Ceyson Murilyo da daha "Barselona”ya lazım deyil. Mövsümün çox hissəsini zədəli olan Tomas Vermalen də gedir.

Bundan başqa, yalnız kubok oyunlarında meydanda görünən qapıçı Yasper Sillesen, Denis Suares, Malkom və Rafinya Alkantara gələn mövsüm "Barselona”da forma geyinməyəcək.

Baş məşqçi Ernesto Valverdenin də taleyi, demək olar, məlumdur. "Barselona” mövsüm bitən kimi onunla yollarını ayıracaq. Mütəxəssisə heç kompensasiya da ödənməyəcək.

Böyük ehtimalla, klubun sükanı arxasına holland Ronald Kuman keçəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR