Pryadkin: Bakıda Avropa Liqasının finalı Azərbaycanda futbolun inkişafında böyük addımdır

30-05-2019, 11:54 338 dəfə baxılıb

Pryadkin: Bakıda Avropa Liqasının finalı Azərbaycanda futbolun inkişafında böyük addımdır

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi Azərbaycanda futbolun inkişafında böyük addımdır.

Trend-in məlumatına görə, bunu Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.

Pryadkin bildirib: "Biz burada yad deyilik, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə yaxşı əlaqələrimiz var, deyərdim ki, əladır. Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkədə futbolun inkişafında böyük addımdır".

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferini daha öncə Bakıda Avropa Liqasınını finalının təşkilini ideal adlandırıb.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" komandaları arasında baş tutan final qarşılaşması "göylər"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR