Messidən Ronaldo etirafı: “Onun üçün çox darıxıram“

4-06-2019, 10:18 362 dəfə baxılıb


Messidən Ronaldo etirafı: “Onun üçün çox darıxıram“

"Real" Kriştiano Ronaldo ilə daha güclü idi. Hər mövsüm onlar üçün 50 qol vururdu".

Bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi deyib.

Argentinalı ulduz "Yuentus"da çıxış edən portuqaliyalı həmkarını tərəfləyib: "Bütün La Liqa kimi mən də onun üçün darıxıram. Aramızda heç vaxt savaş olmayıb, amma sağlam rəqabət var. Daha yaxşı olmağım üçün məni motivasiya edir".

Messi karyerası ərzində ən yaxşı anlaşdığı mütəxəssisin adını açıqlayıb: "Pep Qvardiola mənim üçün əvəzsiz müəllim idi. Matçda baş verə biləcək hər şeyi öncədən görən inanılmaz mütəxəssisdi".

Futbolçu karyerasını bitirmək istəmədiyini bildirib: "Argentina ilə kubok qazanmadan karyeramı bitirmək istəmirəm. Bunun üçün çalışacam. Hər dəfə yıxılanda savaşaraq ayağa qalxacam".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR