Dünyanın ən bahalı futbolçuları - SİYAHI

10-06-2019, 12:20 353 dəfə baxılıb

Dünyanın ən bahalı futbolçuları - SİYAHI


Dünyanın ən bahalı futbolçularının adları bəlli olub.

"Business Insider"in versiyasına görə, Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe bu siyahıda ilk pillədə qərarlaşıb.

Fransa millisinin də formasını geyinən 21 yaşlı hücumçunun dəyəri 229 milyon avro kimi qiymətləndirilib.

İkinci yerə onun komanda yoldaşı, brazilyalı hücumcu Neymar (206 milyon avro) layiq görülüb. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi (183 milyon avro) isə siyahıda üçüncü olub. Portuqaliya yığmsının və İtaliyanın "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu (103 milyon avro) 19-cu sıradadır.

Qeyd edək ki, Kilian Mbappe 2018-2019 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyunda 39 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Forvardın Paris təmsilçisi ilə 2023-cü ilin yayına kimi müqaviləsi mövcuddur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR