Leroy Sanedən transfer qərarı

25-06-2019, 12:05 311 dəfə baxılıb

Leroy Sanedən transfer qərarı


"Bayern"in transfer hədəfində olan "Mançester Siti"nin futbolçusu Leroy Sane gələcəyi haqda qərar verib.

"The Sun" xəbər verir ki, Almaniya millisinin üzvü komanda yoldaşlarına Mühnen klubuna transfer olmayacağını və "Mançester Siti"də qalacağını deyib.

"Şəhərlilər" "Bayern"in 23 yaşlı vingerin transferi üçün göndərdiyi 80 milyon avroluq təklifi rədd etmişdi.

Almaniyalı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilə qədərdir. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR