Hazard 7 kiloqram kökəldi - Peres narazıdır
Futbolçusu Qaret Beyli sata bilməyən, "Atletiko"ya 3:7 uduzan "Real" növbəti problemlə üzləşib.
Madrid təmsilçisinin yeni transferi Eden Hazard klubun bazasına artıq çəki ilə qayıdıb. Onun 7 kiloqram kökəldiyi bildirilir.
"Real"ın prezidenti Florentino Peres belçikalı yarımmüdafiəçidən tez bir zamanda artıq çəkilərdən qurtulmağı tələb edib.
Qeyd edək ki, iyunda "Çelsi"dən "Real"a transfer olunan Hazard yeni klubu ilə 5 illik müqavilə imzalayıb.