“Roma”nın futbolçusu “Qalatasaray”da oynayacaq

16-08-2019, 11:19 337 dəfə baxılıb

“Roma”nın futbolçusu “Qalatasaray”da oynayacaq

İtaliyanın "Roma” klubunun fransalı futbolçusu Stiven N’Zonzi karyerasını "Qalatasaray”da davam etdirəcək.

Bu barədə məlumatı 30 yaşlı dayaq müdafiəçisinin özü sosial şəbəkədə paylaşıb.

Lakin o, müqavilənin detallarını açıqlamayıb.

Daha öncə S. N’Zonzinin sonradan transfer edilməsi şərtilə 1+1 illiyə icarəyə götürüləcəyi bildirilirdi.

Qeyd edək ki, "Roma”nın ötən il heyətinə qatdığı yarımmüdafiəçi Fransada "Amyen”, İngiltərədə "Blekbern”, "Stok Siti” və İspaniyada "Sevilya” klublarının da formasını geyinib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR