Andi Ruiz Antoni Joşua ilə revanş görüşünə razılıq verib

27-08-2019, 12:18 405 dəfə baxılıb

Andi Ruiz Antoni Joşua ilə revanş görüşünə razılıq verib


Meksikalı boksçu Andi Ruiz dekabrın 7-də Səudiyyə Ərəbistanında britaniyalı Antoni Joşua ilə revanş görüşünə razılıq verib.

Bu barədə meksikalı idmançı özünün "Twitter” səhifəsində yazıb.

KİV-lərin məlumatına görə, A.Ruiz döyüş keçirmək üçün müqavilə imzalayıb. Mübarizənin ümumi mükafat fondunun təxminən 100 milyon ABŞ dolları olacağı bildirilir.

İdmançılar arasında ilk döyüş cari il iyunun 1-də baş tutub. Britaniyalı karyerasında ilk dəfə Beynəlxalq Boks Federasiyasının (IBF), Ümumdünya Boks Assosiasiyasının (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) superağır çəkidə çempionluq kəmərlərindən məhrum olub. Peşəkar karyerasında A.Joşua 23 döyüşdə 22 qələbə qazanıb və birində məğlubiyyətlə üzləşib. A.Ruiz isə 34 döyüşdən birində məğlub olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR