Qattuzo “Napoli”də yarım mövsümə 1,5 milyon avro qazanacaq

12-12-2019, 17:04 345 dəfə baxılıb

Qattuzo “Napoli”də yarım mövsümə 1,5 milyon avro qazanacaq

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İtaliya mətbuatı bu posta Cennaro Qattuzonun gətiriləcəyini iddia edir.

“Milan”ın sabiq baş məşqçisi Karlo Ançelottini istefaya göndərən Neapol təmsilçisi ilə yarım illik müqavilə imzalayacaq. Komanda Çempionlar Liqasına vəsiqə qazansa, bu anlaşma bir mövsümlük uzadılacaq. C.Qattuzo mövsümün sonuna qədər 1,5 milyon avro qazanacaq. O, daha bir il postunda qalsa, 3 milyon əldə edəcək.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis “Fiorentina”, “Cenoa” və “Sampdoriya”nin təkliflərini geri çevirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR