"Qalatasaray"dan La Liqa klubuna keçə bilər

29-12-2019, 11:02 320 dəfə baxılıb

"Qalatasaray"dan La Liqa klubuna keçə bilər



"Qalatasaray"ın yolları ayırmaq istədiyi Rayan Babel karyerasını İspaniyada davam etdirə bilər.



Bu mövsüm La Liqada zəif nəticələr göstərən "Selta" Niderland millisinin üzvünü transfer etmək istəyir. Viqo təmsilçisi 33 yaşlı vingerin transferi üçün rəsmi təklif yollamağa hazırlaşır.



Babel 2016/17 mövsümündə La Liqanın digər təmsilçisi "Deportivo"da oynayıb. Təcrübəli futbolçu yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR