"Çelsi" "Barselona"nın əsas üzvünü transfer edir

10-03-2020, 12:00 246 dəfə baxılıb

"Çelsi" "Barselona"nın əsas üzvünü transfer edir

Londonun "Çelsi" klubu qapı xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

"Express" xəbər verir ki, "zadəganlar" "Barselona"nın əsas qapıçısı Mark-Andre Ter Şteqenlə yaxından maraqlanır. Kepa Arrisabalaqanı satmağa hazırlaşan London təmsilçisi onun yerinə əsas namizəd kimi məhz təcrübəli almaniyalı qapıçını transfer etmək üçün hərəkətə keçib. Bir müddət əvvəl "Ayaks"ın qapıçısı Onana ilə də yaxından maraqlanan "Çelsi" istəyinə nail ola bilməyib. Bunun ardınca ingilislər əsas diqqəti 27 yaşlı qolkiperə yönəldib.

Son zamanlar "Barselona"da adı Messi ilə qalmaqalda hallanan Ter Şteqenin "Barselona"da qalıb-qalmayacağı da sual altındadır.

Qeyd edək ki, almaniyalı əlcək ustası 2014-cü ildə Münhenqladbax "Borussiya"sından "Barselona"ya transfer edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR