Kriştianu Ronaldo koronavirus şübhəsi ilə karantinə alınıb

12-03-2020, 19:09 256 dəfə baxılıb


Kriştianu Ronaldo koronavirus şübhəsi ilə karantinə alınıb

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo karantinə alınıb.

35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.

Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR