Məhkumlar Ronaldinyoya görə ağlayıblar

10-04-2020, 10:58 191 dəfə baxılıb

Məhkumlar Ronaldinyoya görə ağlayıblar


Braziliya millisinin sabiq üzvü Ronaldinyo və qardaşı Asunsonyonedə həbsxanadan çıxmazdan əvvəl məhkumlarla vidalaşıb.

Məhkumlar Ronaldinyonun türmədən çıxacağını biləndən sonra onun üçün barbekyu təşkil ediblər. Əfsanəvi oyunçu ilə vidalaşan kamera yoldaşlarının göz yaşlarını saxlaya bilmədiyi qeyd olunub. Ronaldinyo Braziliyaya qayıtmazdan əvvəl onları ziyarət edəcəyinə söz verib.

Qeyd edək ki, Ronaldinyo həbsxanada olduğu müddətdə məhkum və işçilərlə futbol oynayıb.

Xatırladaq ki, Ronaldinyo və qardaşı 1,6 milyon girov müqabilində türmədən çıxıb. Onlar ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR