Almaniya Bundesliqası mayın 9-da başlaya bilər

21-04-2020, 12:13 213 dəfə baxılıb

Almaniya Bundesliqası mayın 9-da başlaya bilər

Almaniya Bundesliqasında koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü mayın 9-da bərpa oluna bilər.

Bunu Almaniya Futbol Liqasının (DFL) baş direktoru Kristian Zeyfert açıqlayıb.

O bildirib ki, çempionatın azarkeşsiz başlaması mümkündür: "Biz bir sıra müsbət siqnallar almışıq. Bu da hər iki Bundesliqa üçün ciddi perspektivlər açır. Bütün klubların azarkeşləri üçün çox önəmli xəbərdir. Həkimlər qrupu komanda məşqlərindən oyun günlərinə qədər konsepsiya hazırlayıb. Bu, riskdir, lakin klublar məsuliyyəti üzərinə götürəcək. Azarkeşsiz oyunlar o qədər də gözəl deyil. Amma bu, Bundesliqa üçün yeganə variantdır. Sabah rəhbərliklə, cümə axşamı isə klublarla bu barədə danışacağıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR