"Beşiktaş" futbol klubu məşqləri bərpa edib

22-04-2020, 11:54 209 dəfə baxılıb

"Beşiktaş" futbol klubu məşqləri bərpa edib


Türkiyənin "Beşiktaş" futbol klubu məşqləri bərpa edib.

Ötən gün komandanın 5 futbolçusu "Nevzat Demir" bazasında məşq edib. Bunlar Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakurandır.

Bugünkü məşqdə isə Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak edib.

Bununla da, "Beşiktaş" koronavirus pandemiyasının yayılmasından sonra Türkiyədə məşqləri bərpa edən ilk klub olub.

Aprelin 23-dən 26-na qədər Türkiyədə komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məcburiyyətdən məşqləri evdə davam etdirəcəklər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR