Konte Poqbanı istəyir

5-05-2020, 11:45 231 dəfə baxılıb

"İnter" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer edə bilər.

Baş məşqçisi Antonio Konte komandasının orta xəttindən narazıdır. Onu qışda "Tottenhem"dən transfer edilən Kristian Eriksenin oyunu qane etmədiyi bildirilib.

Bu səbəbdən italiyalı mütəxəssis Poqbanın alınması üçün klub rəhbərliyinə müraciət edib. Bildirilib ki, Milan təmsilçisi fransalı yarımmüdafiəçinin təzminat qiymətinin yüksək olduğu üçün (80 milyon avro) onun sözləşməsinin sona çatmasını gözləyir. 27 yaşlı futbolçunun müqaviləsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Poqba ilə "Real", PSJ və onun sabiq klubu "Yuventus" da maraqlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR