ÇL-in ən yaxşı hücumçuları

13-05-2020, 11:20 285 dəfə baxılıb


ÇL-in ən yaxşı hücumçuları
GiveMeSport portalı oynadığı matçların və vurulan qolların nisbətinə görə Çempionlar Liqası tarixinin ən yaxşı hücumçularının reytinqini dərc edib.

Siyahının ilk pilləsində "Barselona"nın kapitanı Lionel Messi qərarlaşıb. Argentinalı futbolçu Çempionlar Liqasında 141 oyun keçirib, ümumilikdə 114 qol vurub, orta hesabla hər oyunda 0.81 qol vurub. İkinci pillədə "Mançester Yunayted" və "Real" in sabiq forvardı Rud Van Nistelrooy qərarlaşıb. İlk üçlüyü "Yuventus"un hücumçusu Kriştiano Ronaldo bağlayıb.

Çempionlar Liqasının ən yaxşı 10 hücumçusu

1. Lionel Messi ("Barselona") - 114 qol / 141 matç - hər oyunda 0.81 qol

2. Rud van Nistelroy ("Mançester Yunayted", "Real"ın sabiq hücumçusu) - 56/73 - 0.77

3. Kriştiano Ronaldo ("Yuventus") - 128/169 - 0.76

4. Robert Levandovski ("Bavariya") - 64/86 - 0.74

5. Neymar (PSJ) - 35/57 - 0.61

6. Filippo İnzagi ("Yuventus" və "Milan" ın sabiq oyunçusu) - 46/81 - 0.57

7. Edinson Kavani (PSJ) - 35/62 - 0.56

8. Serxio Aquero ("Mançester Siti") - 39/71 - 0.55

9. Kərim Benzema ("Real") - 64/119 - 0.54

10. Raul ("Real" ın sabiq oyunçusu) - 71/142 - 0.50


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR