"Qarabağ"ın keçmiş futbolçusu "Beşiktaş"ın hədəfində

14-05-2020, 13:32 213 dəfə baxılıb

"Milan"ın qapıçısı, müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviç "Beşiktaş"ın transfer hədəfindədir.

İstanbul təmsilçisi 32 yaşlı qolkiperi icarəyə götürmək fikrindədir. Futbolçunun yaxınları məlumatı təsdiq edib:

"Təklif olsa da, müqavilə üçün uzun yol var. Beqoviç hazırda İtaliya A Seriyasında vəziyyətin necə olacağını düşünür. O, Türkiyədən gələn təklifin uyğun olub-olmadığını, şərtlərin nə olduğunu bilməli və qərarını verməlidir. Onun icarəyə veriləcəyini və ya birdəfəlik transfer olacağını bilməliyik. "Beşiktaş" Asmirlə ilk dəfə maraqlanmır".

Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib. "Bornmut" təcrübəli simanı qış fasiləsində "Milan"a icarəyə verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR