"Roma" Cengizin transfer qiymətini müəyyənləşdirdi

15-05-2020, 13:46 210 dəfə baxılıb

İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər üçün gələcək transfer təkliflərini dəyərləndirəcək.

Paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini 24 milyon avroya satmağa hazırdır.

22 yaşlı futbolçu ilə "Arsenal", "Tottenhem", "Bayer", "Napoli" və "Milan"ın maraqlandığı iddia edilir.

"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvü bu mövsüm 20 oyunda 3 qol vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR