"İnter" Kavaniyə yeni müqavilə təklif edir

25-05-2020, 12:49 239 dəfə baxılıb

"İnter" Kavaniyə yeni müqavilə təklif edir

İtaliyanın "İnter" futbol klubu Fransanın "Pari Sen-Jermen" klubunun uruqvaylı hücumçusu Edinson Kavaniyə 2023-cü ilədək olan müqavilə təklif etmək niyyətindədir.

Bu barədə "L'Equipe" qəzeti bildirib.

E.Kavanin PSJ ilə hazırkı müqaviləsi iyunda başa çatır. Qəzetin yazdığına görə, 33 yaşlı hücumçunun transferində "İnter" in baş məşqçisi Antonio Konte şəxsən maraqlanır.

Qeyd edək ki, daha əvvəl uruqvaylı futbolçunu İngiltərənin "Mançester Yunayted", "Nyukasl" və İspaniyanın "Atletiko" nu da almaq istədikləri barədə məlumat yayılmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR